Müğənni Kərimin müalicəyə ehtiyacı var
26 İyul 2013 Cümə 01:40
Azərbaycanda turizmin vəziyyətindən şikayətçi olan Kərim Abbasov xaricdə dincələcək.
Müğənni Kərim Abbasov Azərbaycanda daxili turizmin durumundan narazılıq edib.
Axşam.az-ın məlumatına görə, müğənni istirahət mərkəzlərində istədiyi diqqəti görmədiyindən dincəlmək üçün yalnız xaricə üz tutacağını bildirib:
“Bizdə o qədər zəif xidmət var ki…Həm pulum gedir, həm də əsəblərim. Daha Azərbaycanda istirahət etməyəcəyimə dair qərar vermişəm. Yalnız xaricdə dincələcəm”.
Yaxın günlərdə İrana getməyə hazırlaşan Kərimin səhhətində problem var:
“Ramazan ayını başa vurduqdan sonra İrana yollanacam. Müalicə olunmağa ehtiyacım var. Daha sonra isə ailəmlə birlikdə Türkiyəyə istirahətə gedəcəm. Bakıya qayıtdıqdan sonra sözləri və musiqisi mənə aid olan “Öpüş” adlı mahnımı təqdim edəcəm. Çox maraqlı alınıb. Hit olacağına inanıram”.
DOSTLARINLA PAYLAŞ: