Xanım müğənni İradə İsakova yola qaçan körpəni xilas edərkən yaralanıb.
Almaniyada yaşayan müğənni İradə İsakova xəstəxanalıq olub. ANS PRESS-in məlumatına görə, yolla gedən müğənni iki azyaşlı uşaqla yol gedən qadının uşaqlarından birinin anasının əlini buraxaraq avtomobil yoluna qaçdığını görür. Ananın əli uşaqlı olduğundan yola qaçan körpəsinin dalınca qaçmaq şansı olmayıb. Bunu görən İradə özünü atıb qabağa. Nəticədə körpəni xilas edən müğənni özü maşın zərbəsinə tuş gəlib. Müğənniyə hadisə yerində təcili tibbi yarıdım göstərilsə də, onun bir müddət xəstəxanada qalması məsləhət görülüb.
Hazırda yaralı müğənninin vəziyyəti qənaətbəxş hesab olunur.