Müğənni İradə İsakova ərə gedir
27 Dekabr 2012 Cümə Axşamı 03:19
Müğənni İradə İsakova qədim qəsrdə nağılsayağı toy edəcək.
Milliyətcə azərbaycanlı olan, amma Almaniyada yaşayıb yaradan müğənni İradə İsakova ərə gedir. ANS PRESS-in məlumatına görə, onun ərə gedəcəyi bəy bu yaxınlarda evlilik təklifi aldığı Hollandiyanın iş adamıdır. Aldığımız məlumata görə, müğənnini əsl nağılsayağı toy məclisi gözləyir. Orta əsrə aid qəsrlərdən birində təşkil olunacaq toya bəylə gəlinin yalnız ən yaxınları dəvət olunacaq. Bütün qəsr gələcək gəlinin istəyi ilə ağ rəngli səhləb çiçəkləri ilə bəzədiləcək. Qonaqlar da toya yalnız ağ rəngdə libaslarda gəlməli olacaqlar.
Toy yanvarın sonuna planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: