Müğənni İlhamə Qasımova Hillari Klintonla ayaqlaşır
07 İyun 2012 Cümə Axşamı 17:22
“EMMAwards” mükafatına layiq görülən İlhamə Qasımova hava limanında brifinq keçirəcək.
Azərbaycanı dünyada tanıdan müğənnimiz İlhamə Qasımovanın “Bei Mir Bist Du Scheen” mahnısı və bu mahnıya cəkilmiş klipi məşhur “EMMAwards” mükafatına layiq görülüb. ANS PRESS-in məlumatına görə, bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi “Bei Mir Bist Du Scheen” mahnısı və klipi 190 namizədin arasından “Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib secilib. Müğənnimiz SMS səsverməsinə görə, ən yüksək nəticə əldə edərək ifa etdiyi mahnısına və klipinə görə ən yaxşılar nominasiyasında birinci olub.
Mükafatlandırma mərasimi dünən Bakı vaxtı ilə gecə saat 02.00-də keçirilib. Almaniyanın paytaxtı Berlində kecirilən mərasimdə İlhamə Qasımova mükafatı almaq ücün “qızmızı xalça”nın üzərinə prodüseri Mark Dolar ilə birgə çıxıb. Müğənnimizin bu uğuru avropalı fanatların coşqusu ilə qarşılanıb.
İlhamə Qasımova nəinki Azərbaycan, MDB məkanından “EMMAwards” mükafatını alan yeganə sənətçidir. İndiyədək bu mükafatı alan müğənnilərin siyahısına nəzər salsaq, görərik ki, onların əksəriyyəti dünya şöhrətli sənətçilərdir.
Məlumat üçün bildirək ki, İ.Qasımova bu dəqiqələrdə Bakıya gələcək və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında brifinq keçirəcək.
Qeyd edək ki, İlhamə Qasımova dünyaca məşhur "Universal music" şirkəti ilə müqavilə bağladıqdan sonra Avropa musiqi bazarına çıxıb. Müğənninin məşhur avropalı DJ OGB ilə ifa etdiyi "Bei mir bist du schonn" hitinə çəkilmiş klipi ötən ilin oktyabrın 21-dən Viva və MTV telekanallarında yayımlanır.
"Bei mir bist du schon" mahnısının melodiyasını amerikalı yəhudi əsilli bəstəkar Şolom Sekunda 1932-ci ildə "I Would if I Could" müzikli üçün Ceykob Ceykobsun sözlərinə bəstələyib.