Ağdam ürəyimdəki yaradır.
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova (Azəri qızı Günel) işğal altındakı vətəni Ağdama olan həsrətini pərəstişkarları ilə bölüşüb. ANS PRESS-in məlumatına görə, Günel İnstagram sosial şəbəkəsi vasitəsilə işğaldan əvvəl Ağdamda çəkilmiş fotolarını paylaşıb. O, “Ağdam ürəyimdəki yaradır”, “İnşallah Ağdamıma gedərəm, “Ağdam” yazısının yanında şəkil çəkdirmək üçün” yazıb.