Müğənni Azərin Türkiyədə mükafata layiq görülüb
22 İyun 2011 Çərşənbə 12:00
Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin Dənizli şəhər bələdiyyəsi, Dənizli valiliyi və TRT-nin birgə təşkilatçılığı ilə düzənlənən “Türkvision” festivalının yekununda konsert proqramı ilə çıxış edib.
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qapanış konsertində insanlar Azərinin ifası zamanı ona qoşulublar. Festivalın sonunda azərbaycanlı sənətçiyə xüsusi mükafat təqdim edilib.
Qeyd edək ki, “Türkvision-2011” festivalının açılışı iyunun 15-də keçirilib. Açılış mərasimində Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal çıxış ediblər. APA
DOSTLARINLA PAYLAŞ: