Müğenni Ayan: Men bedbextem
10 İyul 2013 Çərşənbə 15:50
Müğenni Ayan: Aile qurmaq heyatımda heç neyi deyişmeyecek. Çünki biz yeddi ildir birlikdeyik.
Gənc müğənni Ayan şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, sənətçi ATV-nin "10lar" proqramına müsahibəsində şəxsi həyatında hər şeyin çox gözəl davam etdiyini deyib:
“Ailə qurmaq həyatımda heç nəyi dəyişməyəcək. Çünki biz yeddi ildir birlikdəyik, o, hər zaman yanımda olub. Xoşbəxtlikdən danışıb, gözə gəlməkdən qorxuram. Ay camaat, mən bədbəxtəm, hamıdan bədbəxt. Qoy bir az pisləyim. Çox qısqancam, sevgilimin telefonu hər zaman məndə olur. Sevgi olan yerdə mütləq qısqanclıq da olmalıdır”.
DOSTLARINLA PAYLAŞ: