Müğənni anasını öldürən atanın dəfnində iştirak edib
08 Yanvar 2010 Cümə 12:50
75 yaşlı Məmməd Akbaş xərçəng xəstəliyindən vəfat edib
Türkiyənin məşhur müğənnisi Müslüm Gursəs anasını qətlə yetirən atasının dəfn mərasimində iştirak edib. Müğənni xərçəng xəstəliyindən əziyyət çəkən 75 yaşlı Məmməd Akbaşla 30 ildən artıq idi ki, görüşmürdü. Buna baxmayaraq, Müslüm Gursəs ondan maddi köməkliyini əsirgəmirdi.
Müğənni atasının ölüm xəbərini Almaniya turnesində olarkən öyrənib. Bu səbəbdən sənətçi konsert proqramlarını təxirə salaraq, geri dönmək məcburiyyətində qalıb. Gursəs Urfaya ata evinə gedib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: