Müğənni Almaz Ələsgərova Azərbaycanı tərk edir
21 Mart 2013 Cümə Axşamı 16:40
Əməkdar artist Almaz Ələsgərova sabah Şimali Kiprdə təşkil olunan Novruz bayramı gecəsində solo-konsert verəcək.
Respublikanın əməkdar artisti, tanınmış müğənni Almaz Ələsgərova bu gün vətəni tərk edir. ANS PRESS-in məlumatına görə, buna səbəb əməkdar artistin sabah Şimali Kiprin Doğu Akdeniz Universitetində təşkil olunan Novruz bayramı gecəsində solo-konsertlə çıxış etməsidir.

Vətəni tərk etmədən əvvəl Almaz Ələsgərova mətbuat sözçüsü Cəfər Mənsimi vaistəsilə bunları çatdırıb: “Şimali Kiprin Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyəti və adıçəkilən universitetin rəhbərliyi tərəfindən həmin universitetdə təşkil olunan Novruz bayramı tədbirinə solo-konsertlə çıxış etmək üçün dəvət aldım. Bu təklifi qəbul etmək və bayram günü azərbaycanlı tələbələrimizin yanında olmaq və Novruz ab-havası yaratmaq mənim mənəvi borcum idi. Mənim özüm üçün də, tələbələrimizin qərib ölkədə necə bayram keçirtdikləri çox maraqlıdır. Xaricdə təhsil alan belə gənclərimiz bizim qürurumuz, fəxrimizdir. Onların hər biri ilə ayrılıqda tanış olmağa çalışacağam. Konsertin təşkil olunmasında əməyi keçən hər kəsə öncədən öz minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib, həmvətənlərimizin Novruz bayramını da təbrik edirəm” - deyə sənətkar bildirib.

Qeyd edək ki, Novruz gecəsi Şimali Kiprin Doğu Akdeniz Universitetitin Azərbaycan Tələbə Cəmiyyəti, "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin və adıçəkilən universitetin təşkilatçılığı ilə reallaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar