Moskvada ağır əməliyyyat keçirən Nadir Qafarzadə qayıtdı
28 Avqust 2011 Bazar 00:26
Müğənninin səhətində heç bir problemin olmadığı bildirilir
Moskvada ürəyindən əməliyyat olunan Azərbaycanın tanınmış estrada müğənnisi Nadir Qafarzadə ötən ajşam Bakıya qayıdıb və səhhətində heç bir problem yoxdur. Bu barədə Trend-ə müğənninin mətbuat katibi Kazım Bağırov məlumat verib.

Xatırladaq ki, Nadir Qafarzadə bazar ertəsi Moskvada ürək damarlarının genişlənməsinin qarşısını alınması üzrə əməliyyat olunmuşdu. Əməliyyatdan əvvəl mətbuat katibi bildirmişdi ki, son aylarda tanınmış müğənnidə güclü ürək ağrıları olurmuş. Onu müayinə edən həkimlər Moskvada təcili əməliyyat olunmasını məsləhət görmüşdülər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar