Miri Yusifin "Karma"sı
01 Dekabr 2010 Çərşənbə 17:25
"Dəyirman" rep qrupunun solisti növbəti solo albomunu buraxdı
"Dəyirman" rep qrupunun solisti Miri Yusif növbəti solo albomunu buraxdı. ANS PRESS-in məlumatına görə, musiqiçi bu gün keçirdiyi mətbuat konfransında “Karma” adlı albomunu jurnalistlərə təqdim edib. musiqiçi bu gündən satışa çıxarılan yeni albomunu reklam etmək məqsədilə, sabah axşam saatlarında Park Bulvar ticarət və əylənvə mərkəzində imzaatma mərasimi keçirəcək.

Albomun ərsəyə gəlməsində Miri Yusiflə birlikdə “Dəyirman production”, bəstəkar Emin Kərimi, saksofonçular Rain Sultanov və Teymur Süleymanbəyli, oranjimançı MC Murad da çalışıblar.

Maraqlıdır ki, alboma daxil olan “Bir siqaret” mahnısına çəkilən videoklip sosial şəbəkədə yerləşdirildiyi ilk həftə ərzində 18 minədək internet istifadəçisi tərəfindən izlənib.

Qeyd edək ki, 2010-cu ilin yazında Miri Yusif “SS” Production şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. “Karma” albomu məhz bu əməkdaşlığın təməli olaraq “SS” production tərəfindən məşhur “Sony” şirkətində istehsal edilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar