Millimiz Birləşmiş Ərəb Əmirliklərini məğlub edib
24 Mart 2009 Çərşənbə Axşamı 16:15
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoxlama oyununda BƏƏ-nin millisinə 4-2 hesabı ilə qalib gəlib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışı keçirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. AFFA-dan verilən məlumata görə, millimiz ilk yoxlama matçında BƏƏ-in çempionu olan “Furjan” klubuna 8:1 hesabı ilə qalib gəlib. Sonrakı yoxlama oyununda BƏƏ-nin millisinə 5-3 hesabı ilə məğlub olan milli komandamız, ikinci qarşılaşmada BƏƏ-nin millisini 4-2 hesabı ilə məğlub edib.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar