Meyxanaçı Rəşad Dağlı evləndi
08 Oktyabr 2010 Cümə 10:55
Meyxanaçı Rəşad Dağlı özünə çadır toyu çaldırdı.
Evli sənətçilərimizin sırasına biri də əlavə oldu. ANS PRESS-in məlumatına görə, dünən tanınmış meyxanaçı Rəşad Dağlı evlənib. Şəhər restoranlarının birində təşkil edilən toy mərasimi çox fərqli keçib. Meyxanaçı özünə əsl kişi toyu edib. Yəni toyda yalnız kişilər olub, hətta sənətçilər də.

Toy mərasimi iki mərhələdən ibarət olub. Qonaqlar əvvəlcə restoranda yeyib - içiblər. Sonra isə restoranın həyətində qurulmuş çadırda şənləniblər. Monitorlar qurulmuş çadırda qonaqların rahatlığı üçün hər bir şərait yaradılb. Həyətdə isə manqallarda kabab bişirilib və samovarlar qaynadılıb. Çadırda oturan qonaqlar ürəkləri istədikcə manqallara yaxınlaşıb kabab yeyib, üstündən isə samovar çayından içiblər.

Meyxanaçının toyunda bütün sənət dostları - Ağamirzə, Kərim, Namiq Qaraçuxurlu və başqaları iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar