Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva barədə xəbərlər yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı aktyor Tolqa Karel ilə evli olan Günayın gecə həyatından yazıb. Xəbərlərdə bildirilir ki, Tolqa "Survivor" yarışması üçün Dominikan Respublikasına yollandıqdan sonra Günay gecəyarısı klubda kameralara tuş gəlib.
“Azərbaycanlı model Günay Musayeva gecə yarısı Harbiyədəki klubda idi. Həyat yoldaşı Tolqa Kareli “Survivor” yarışması üçün Domonikana yollayan Günay dostları ilə subaylığın dadını çıxarıb. 1 uşaq anası olan gözəl model “Həyat yoldaşım üçün çox darıxmışam, amma əylənmək də lazımdır" deyib”.
Media nümayəndələrinin dərc etdiyi bu xəbərə əsəbiləşən Günay Musayeva belə bir açıqlama vermədiyini bildirib. O bildirib ki, Zeynəb adlı yaxın rəfiqəsi onu doğum gününə dəvət edib amma orada media nümayəndələrinin olmadığını bildirib:
“Günayın adından yazılan bu xəbər yalandır. Mənim dəvətimlə mərasimə qatılıb. Mediaya heç bir açıqlama verməyib. Sosial şəbəkədə paylaşdığımız fotolardan istifadə edərək belə bir xəbər uydurulub”.