Teleaparıcı Mətanətin maşınına qonşu binadan kənar əşyalar atılıb.
ATV-nin teleaparıcısı Mətanət Əliverdiyanın başına iş gəlib. “Qafqazinfo”-nun xəbərinə görə, teleaparıcı bu barədə aparıcısı olduğu “ATV Olay” proqramında məlumat verib.
O, bildirib ki, qonşu binadan maşınına kənar əşyalar atılıb və avtomobilinin arxa şüşəsi sınıb. Mətanət həmçinin qeyd edib ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib:
“Avtomobilimə baxış keçirilib və fotosu çəkilib. Mən bu işi belə qoymayacağam”.