Metanet Esedova bacısının intiharından danışdı
11 Oktyabr 2013 Cümə 12:09
Metanet Esedova: Çox pisem, bu barede danışmaq menim üçün çox ağırdır.
Oktyabrın 10-una keçən gecə Kürdəxanı istintaq təcridxanasında bu günlərdə Abşeron rayonunda saxlanılmış 35 yaşlı Bakı sakini Nurlanə Əsədova intihar edib. Nurlanə Əsədova tanınmış müğənni Mətanət Əsədovanın bacısıdır. Bu barədə Mövqe.az-a ağlaya-ağlaya açıqlama verən müğənni Mətanət Əsədova xəbəri təsdiqləyib: "Çox pisəm. Bu barədə danışmaq mənim üçün çox ağırdır. Bu itkini gözləmirdim. İstəmirəm yer üzündə bir gül belə məndən incisin. İndi danışmaq istəmirəm. Allah ona rəhmət etsin".

Xatırladaq ki, bir həftə əvvəl Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular.

Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka” vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb.

Dindirmə zamanı Əsədova Göyçay rayonundan olan müğənni Mətanət Əsədovanın bacısı olduğunu bildirib.

Məlumata görə, Nurlanə Əsədovanın qohumlarına təhvil veriləcək 11 yaşlı oğlu qalıb. Faktla bağlı araşdırma davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar