Ulduz futbolçu və sevgilisi Antonella Rokuççonun oğlu dünyaya gəlib.
Argentina millisi və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi ata olub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, 25 yaşlı ulduz futbolçu və sevgilisi Antonella Rokuççonun oğlu dünyaya gəlib. Körpənin adını Tyaqo qoyublar
Futbolçu bildirib ki, övladının dünyaya gəlməsinə çox şaddır və gözəl hisslər yaşayır. O, ümid edir ki, "Real"la oyunda qol vuracaq və şəxsi həyatındakı əlamətdar hadisəni qolla qeyd edəcək.