“Məşhurlar Xiyabanı”ın divarında yeganə ad
08 Oktyabr 2011 Şənbə 07:24
İslam dininin iki əhəmiyyətli şəxsinin adını daşıyan boksçu bu adların ayaq altında qalmasına razılıq verməyib
“Hollywood Walk of Fame” (Hollivud Məşhurlar Xiyabanı) ABŞ Kaliforniya əyalətinin Los Anceles şəhərində məşhurların adlarının yazıldığı piyada (səki) yoludur. Bu xiyabanın layihəsi kaliforniyalı sənətkar Oliver Veysmüller tərəfindən hazırlanıb. 1958-ci ildə salınan bu yolda beş guşəli ulduz çərçivəli qırmızı mərmərin üstündə 2 000-dən çox məşhurun adı var. Hal-hazırda da adların yazılması davam edir və xiyabana hər ay iki məşhurun adı yazılır. Buraya ilk dəfə 1960-cı ildə aktrisa Conna Vudvordun adı yazılıb.

Məşhurlar Xiyabanında iki ulduzu olan yeganə məşhur dünyanın pop kralı kimi qəbul etdiyi müğənni Maykl Ceksondur.

2002-ci ildə isə Məşhurlar Xiyabanı rəsmiləri öz ənənələrini pozaraq İslam dinini qəbul edən amerikalı boksçu Məhəmməd Əlinin (Cassius Clay) adını divara yazıb. Buna səbəb isə İslam dininin iki əhəmiyyətli şəxsinin adını daşıyan boksçunun bu adların ayaq altında qalmasına razılıq verməməsi olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar