Müğənni Beyons dünyasını dəyişən müğənni Emi Uaynhausun repertuarına müraciət edəcək. Beyons Eminin “Back to black” mahnısını ifa edəcək. Layihə əslində çəkiləcək “Dahi Gebsti” filminin bir hissəsidir. Saundtrekin prodüsserliyini isə Beyonsun həyat yoldaşı Cey Zi boynuna götürüb. Mahnını müğənni tək deyil, Andre 3000 ilə birlikdə ifa edəcək. Xatırladaq ki, “Dahi Gebsti” filminin premyerası mayın 15-də, Kann festivalında baş tutacaq. Bu Andre 3000 və Beyonsun isə ikinci işbirliyidir.