Məşhur türk serialında növbəti xərçəng xəstəliyi
17 Dekabr 2011 Şənbə 07:32
Xərçəng epidemiya kimi Türkiyənin şou-biznes dünyasında yayılmağa başlayıb.
Türkiyə tele-kanallarından birində yayımlanan “Adını Feriha Qoydum” serialında daha bir aktrisa döş xərçənginə yaxalanıb. Filmdə Sanem obrazını canlandıran 38 yaşlı Deniz Uğurun hər iki döşündə xərçəng xəstəliyi aşkarlanıb. Xəbəri soyuqqanlı qarşıladığını bildirən Uğur həkimin gələn həftə əməliyyat olmaq üçün gün verdiyini deyib.

Xatırladaq ki, Türkiyənin şou-biznes dünyasında xərçəng xəstəliyinə tutulanların çoxaldığı müşahidə olunur. Belə ki, “Muhteşem Yüzyıl”, “Bir Bulud olsam”, “Yeddi Təpə İstanbul” kimi serialların ssenari müəllifi və aktrisası Meral Okyay və “Güz sancısı”, “Hatırla Sevgili”, “Gönülçelen” seriallarında rol oynayan aktrisa Tomris Giritlioğlunun ağciyər xərçənginə yaxalanması barədə xəbər yayılmışdı.

Bundan başqa “Adını Feriha qoydum” serialının aktrisası Vahidə Gördümün də döş xərçəngi olması barədə mətbuatda xəbər yayılmışdı.

“Leyli və Məcnun” serialının rejissoru Onur Ünlü isə keçən həftə xərçəng xəstəliyi səbəbilə əməliyyat olunub.

Axırıncı dəfə isə Türkiyənin tanınmış pop müğənnisi Nilüfer də döş xərçəginə yaxalanmış və əməliyyat olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar