Məşhur sənətçisi konsertini yarımçıq tərk etdi
20 Dekabr 2010 Bazar Ertəsi 13:20
Bakı Caz Mərkəzi tamaşaçılara xəbərdarlıq edir
Ötən həftə Bakı Caz Mərkəzində “Eurovision 2009” mahnı müsabiqəsinin milli seçim turunun iştirakçılarından olan Ülviyyə Rəhimova və 2009 Montre Caz Festivalının qalibi İsfar Sarabskinin, habelə digər caz ifaçılarının iştirakı ilə konsert proqramı baş tutub. Milli.Az-ın məlumatına görə, konsertin ikinci hissəsində səhnəyə çıxan Ülviyyə Rəhimova və İsfar Sarabskinin çıxışı zamanı xoşagəlməz hadisə yaşanıb. Belə ki, zalda əyləşən tamaşaçıların səs-küyü, ifaya diqqətsizliyi və digər səbəblərdən gənc cazmen İsfar Sarabski konsertin yarısında çıxışını dayandıraraq, etiraz əlaməti olaraq zalı tərk edib.

Xoşagəlməz hadisə ilə bağlı Bakı Caz Mərkəzi xəbərdarlıq edərək, növbəti konsertlərdə də belə halların yaranmasının qarşısını almaq üçün tamaşaçılara müraciət edib.

Qeyd edək ki, Bakı Caz Mərkəzində həftə boyu caz ifaçılarının çıxışı olur. İfaçılar sırasında Azərbaycanın tanınmış cazmenlərindən Rain Sultanov, Elçin Şirinov, Ruslan Hüseynov, Ülviyyə Rəhimova, İsfar Sarabski və digərləri var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar