Məşhur müğənninin sevgilisi intihar edib
17 Mart 2014 Bazar Ertəsi 23:51
ABŞ-lı dizayner Loren Skott Nyu-Yorkdakı mənzilində intihar edib.
Rok musiqiçi Mik Caqqerin sevgilisi, amerikalı dizayner Loren Skott Nyu-Yorkdakı mənzilində intihar edib.

ANS PRESS-in məlumatına görə, 47 yaşlı Skottun cəsədi Manhettendəki apartamentində tapılıb. Cəsədi modelyer qadının assisenti səhər saat 10-da aşkarlayıb.

Mənbənin məlumatına görə, Skott mənzilin içəri qapısının dəstəyindən asılmış şəkildə tapılıb. Onun ölümqabağı məktub qoyub-qoymadığı məlumat deyil.

Polisin məlumatına görə, saat 8:30-da Skott öz köməkçisinə SMS yazaraq, yanına gəlməsini xahiş edib. Köməkçi qız gələrək öz açarı ilə qapını açıb, amma Skotu ölü halda tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar