Məşhur müğənni Sərdar Ortac qumarda 1 milyon 200 min dollar uddu
31 Dekabr 2011 Şənbə 10:19
Sərdar Ortac bu pulla borclarını ödəyəcəyini deyib.
Türkiyənin məşhur müğənnisi Sərdar Ortac qumarda 1 milyon 200 000 dollar pul udub. Hadisə Ortacın yeni il münasibəti ilə konsert vermək üçün getdiyi Şimali Kipr Türk Respublikasında (KKTC) baş verib. Bu ölkədəki otellərdən birinin kazinosunda “Jackpot” adlı oyunda bəxtini sınayan müğənni bir anda əldə etdiyi pulla Kipr qumarxanalarında ən yüksək məbləğdə pul udan şəxs olub.
Udduğu pulla borclarını ödəyəcəyini deyən Ortac barəsində deyilən qumarbaz iddialarını da qəbul etməyib: “Vaxtaşırı mənim adımı qumarbaz kimi hallandırırlar. Amma mənim qumarım əyləncədən qırağa çıxmaz. Can sağlığı puldan daha önəmlidir. Yeni ilə hamıya can sağlığı arzulayıram”.
DOSTLARINLA PAYLAŞ: