Məşhur müğənni Bakıda toyda 200 min dollara oxudu
01 Oktyabr 2012 Bazar Ertəsi 20:24
Zerrin Özer paytaxt restoranlarından birində keçirilən toy məclisinə qatılıb.
Bakıya qonaq gələn Türkiyənin məşhur müğənnisi Zerrin Özer dünən paytaxt şadlıq evlərindəki restoranlardan birində keçirilən toy məclisinə qatılıb. ANS PRESS-in 525.az-a istinadən verdiyi məlumata görə, bəyin dostları tərəfindən toya hədiyyə olaraq gətirilən müğənni məclis iştirakçılarına öz musiqi töhfəsini bəxş edib.
Zerrin Özerin “Buta Palace”da keçirilən məclisə qatılmaq üçün toy sahibindən 200 min dollar məbləğində qonorar aldığı bildirilir. Toyda türkiyəli müğənni ilə yanaşı Aygün Kazımova, Faiq Ağayev və Röya da çıxış edib.
Qeyd edək ki, Özer Bakıya müğənni Samir Piriyevin dəvəti ilə gəlmişdi.
DOSTLARINLA PAYLAŞ: