Hyu Cekman 8 yaşında ikən anasının onu tərk etməsindən danışıb
Hollivudun tanınmış aktyoru, əsasən “X-Men” filmindəki rolu ilə şöhrət əldə edən Hyu Cekman iştirak etdiyi proqramda aparıcının verdiyi suala cavab verərkən ağlayıb. İngiltərədə nəşr olunan “The Daily Mail”qəzetinin yaydığı məlumata görə, bu, aktyorun son “Les Miserables” (Səfillər) filmi barədə “CBS” kanalında yayımlanan “60 Minutes” verilişində baş verib.
Proqramın aparıcısı Skot Pellinin aktyora ailəsi barədə verdiyi sual qarşısında, Cekman gözyaşlarıyla o günü çox yaxşı xatırladığını deyib. “İnsan bəzən qəribə şeyləri xatırlaya bilir. Anam 4 qardaşımla bizi tərk edənə mənim 8 yaşım vardı. Anamın getdiyi günün axşamı məktəbdən qayıdanda evdə heç kim yox idi. Sonra İngiltərədən teleqram gəldi. Anam oraya getmişdi. Atam hər axşam onun geri qayıtması üçün dua edirdi”.
Hyu Cekman artıq anasını bağışladığını, ildə bir neçə dəfə onunla görüşdüyünü də qeyd edib.