Məşhur aktyorun itləri yük maşının altında qalıb
19 May 2010 Çərşənbə 10:50
Yük maşını Con Travoltanın itlərini əzərək öldürüb.
ABŞ Men ştatında hava limanında yük maşını məşhur Hollivud aktyoru Con Travoltanın itlərini əzərək öldürüb.
İnsident aktyorun şəxsi təyyarəsini texniki yoxlanışdan keçirdiyi Banqor şəhərindəki aeroportda baş verib.

Aeroportun mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Texniki xidmət avtomobili aktyora yaxınlaşarkən aktyorun iki balaca iti təyyarənin yanında dayanıbmış. Sürücü balaca itləri görməyib. Təəssüflər olsun ki, itlərin hər ikisi ölüb". ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar