Məşhur aktyor serialdan qovuldu
12 Aprel 2011 Çərşənbə Axşamı 05:52
Başqa bir aktyorun maaşını çoxaltmaq tələbi isə qarşılanıb
Türkiyə telekanallarında nümayiş olunan seriallarıdan ikisinin aktyoru maaşlarının artırılmasını tələb etdi. ANS PRESS “Bugün”ə istinadən xəbər verir ki, aktyorlardan birinin tələbi qəbul edilsə də, digər aktyor filmdən qovulub. Məlumata görə, “Muhteşem Yüzyıl” adlı serialda Parqalı İbrahim obrazını canlandıran Okan Yalabık aldığı həftəlik əmək haqqının 8 min lirədən (4 196 manat) 15 000 lirəyə (7 869 manat) qaldırılmasını tələb edib: “Məni ya filmdə öldürün, ya da əməkhaqqımı çoxaldın”.

Qeyd edək ki, serialın prodüsseri Okan Yalabıkın bu tələbini yerində görərək istədiyi məbləği ona ödəməyə razılıq verib.

“Çocuklar Duymasın” serialında Engin obrazını canlandıran Vatan Şaşmaz isə Yalabık kimi şanslı ola bilmədi. Şaşmaz isə 5 min lirə (2 623 manat) olan həftəlik qonorarının 8 min lirəyə (4 196 manat) qaldırılmasını tələb edib. Flm rəhbərliyi “hələlik imkan yoxdur” – desə də Vatan Şaşmaz bu tələbində təkid edib. Bu vəziyyətə əsəbləşən film prodüsseri Engin obrazını serialda uzun bir səyahətə yollayaraq onun filmdəki roluna son verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar