Məşhur aktyor Sami Naseri öz boğazını kəsdi
10 İyul 2011 Bazar 00:51
“Taksi” kinosundan tanınan Sami Naseri intihara cəhd edib.
Məşhur “Taksi” filmindən tanınan fransalı aktyor Sami Naseri intihara cəşd edib. O, son ay yarımı biçaq xəsarətləri yetirmək ittihamı ilə həbsxanada olub. Hadisə 2099-cu ildə baş verib. Sami Naseri həmin vaxt yoldan keçənə bıçaqla hücum edib və 16 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmənin hökmü bu il mayın 31-də qüvvəyə minib.
Aktyorun intihar məqsədilə öz boğazını kəsdiyi barədə məlumatı mətbuata həyat yoldaşı verib. Lakin Sami Naserinin menecerləri aktyorun xəstəxanaya yerləşdirilməsini bir müddət əvvəl keçirdiyi cərrahiyyə əməliyyatı ilə əsaslandırır.
Qeyd edək ki, hazırkı məhkumluğu aktyorun qanunlarla bağlı ilk problemi deyil. Onu xuliqanlıq, sərxoş vəziyyətdə avtomobil idarə etmək və sürət həddini aşmağa görə dəfələrlə saxlayıblar. 2008-ci ildə isə Sami Naserini Paris polisinin qadın əməkdaşını döydüyünə görə alıt ay müddətinə azadlıqdan məhrum etmişdilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: