Məşhur aktyor Nikolas Keyc həbs edildi
17 Aprel 2011 Bazar 01:09
Sərxoş Nikolas Keyc küçənin ortasında həyat yoldaşını söyürmüş.
Məşhur Hollivud aktyoru Nikolas Keyc Luizana ştatının Yeni Orlean şəhərində ictimai asayişi pozduğuna görə həb edilib. TMZ.com onlay-nəşrinin məlumatına görə, sərxoş aktyor küçənin ortasında həyat yoldaşı ilə möhkəm səslə söyüşürmüş. Şahidlər polis çağırıblar.
Hadisə yerinə gələn polis zabitləri gütlüyü mübahisələri dayandırmağa və evə getməyə çağırıblar. Lakin Nikolay Keyc onlarla mübahisə etməyə başlayıb və bildirib ki, “kim harada nə istəsə edə bilər”. “Niyə məni həsb etmirsiniz?”, - məşhur aktyor deyib. Onun xoşluqla sakitləşməyəcəyini görən polis əməkdaşları Nikolas Keyci həbs deiblər və ona qarşı “ailə zorakılığı və ictimai asayişi pozmaq” ittihamını irəli sürüblər.
Yerli KİV-in məlumatına görə, Nikolas Keyc hələ həbsdədir və məhkəməsini gözləyir. Məhkəmənin onu girov müqabilində azadlığa buraxa biləcəyi istisna olunmur. Aktyorun həyat yoldaşı isə onu küçədə söyən aktyora qarşı zeç bir iddiasının olmadığını bildirir və iddia edir ki, əri ona qarşı heç bir fiziki zorakılığa yol verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: