Məşhur aktyor Mete Horzoğlu əməliyyat oldu
09 May 2011 Bazar Ertəsi 06:13
Mete Horzoğlunun böyrəyində daş olduğu aşkarlanıb.
Türkiyənin telekanallarından birində yayımlanan və Azərbaycanda da kifayət qədər tamaşaçısı olan “Öyle bir geçer Zaman ki” serialında Soner obrazını canlandıran Mete Horozoğlu səhhətində yaranmış problem səbəbilə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, serial çəkilişi vaxtı qəflətən sancılanaraq xəstəxanaya aparılan Horzoğlunun böyrəyində daş olduğu aşkarlanıb. Təxminən 6 mm-lik daşı lazer əməliyyatı ilə qırdıran Mete Horozoğlunun vəziyyəti stabildir. Əməliyyatdan sonra istirahət edən aktyor cəfəri (petruşka) suyu və avokado yarpağı ilə hazırlanmış xüsusi məlhəmlə müalicəyə davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: