Məşhur aktyor Maykl Duqlas pis ata olduğunu etiraf edib
22 Yanvar 2010 Cümə 17:05
Maykl Duqlas oğlunun həbsindən danışıb.
Məşhur Amerika kinoaktyoru Maykl Duqlas narkotik satışına görə həbs edilən böyük oğlu Kamerona vaxt ayıra bilmədiyini etiraf edib.

“AARP The Magazine” jurnalına verdiyi müsahibədə aktyor 31 yaşlı oğlunun həbsi barədə danışıb.

“Mən bütün məshuliyyəti öz üzərimə götürürəm. Əgər mən tez-tez onun yanında olsaydım daha yaxşı olardı. Mən çox zaman ondan uzaqda olurdum. Kameronun hələ bütün həyatı qabaqdadır. O, artıq bütün səhv addımlarını və problemlərini dərk edir”,- deyə Duqlas bildirib.

Aktyor hesab edir ki, onun oğlu türmədə pis insanlarla üz-üzədir.

Qeyd edək ki, Duqlasın oğlu Mahnhetten otelində narkotik satdığı zaman həbs olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar