Məşhur aktrisa yanğından adam xilas edib
23 Avqust 2011 Çərşənbə Axşamı 02:42
“Titanik”in Rozası britaniyalı iş adamının anasına yanan evdən çıxmaqda kömək edib
Virciniya adalarındakı möhtəşəm mülkdə baş verən yanğın az qala 20 nəfərin həyatına son qoya bilərmiş. Onların arasında məşhur britaniyalı aktrisa Keyt Uinslet də olub.

Mülk britaniyalı iş adamı, çoxşahəli biznes sahəsində fəaliyyət göstərən “Virgin” korporasiyasının yaradıcısı Riçard Brensona məxsus olub. Yanğın zamanı Keyt Uinslet nəinki özü xilas olub, həm də Brensonun 90 yaşlı anasına yardım edib.

“Biz çox güclü qasırğa oldu. Küləyin sürəti saat 145 kilometrə çatırdı. Evdə 20-yə yaxın adam var idi və onların hamı çıxa bildilər. Biz mülkü yenidən bərpa edəcəyik. Evə ciddi ziyan dəyib”, - Riçard Brenson deyib.

Yanğına qasırğa zamanı mülkün üstünə düşən ildırım səbəb olub.

Keyt Uinslet Ceyms Kameronun “Titanik” filmindən sonra məşhurlaşıb. O, filmdə Leonardo DiKaprionun tərəf müqabili olub və Roza rolunu ifa edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar