Məryəm Süleymanova qız anası olmağa hazırlaşır
12 Aprel 2011 Çərşənbə Axşamı 10:51
Rəqqasə körpəyə ad tapmaqda çətinlik çəkir
Ötən ilin sonunda ailə həyatı quran Azərbaycanın əməkdar artisti, rəqqasə Məryəm Süleymanova qız anası olmağa hazırlaşır. Rəqqasənin ANS PRESS-ə verdiyi məlumata görə, körpənin dünyaya gəlişi yayın ikinci yarısında gözlənilir.

Məryəm Süleymanova körpəyə hələ ad fikirləşib tapmaqda çətinlik çəkdiklərini deyir: "Bizdə qız adlarının çoxu "A" hərfi ilə başlayır. Məsələn, Aylin, Ayan, Aysel, Aygün və sairə. Bu səbəbdən də hələlik qızımıza ad qoymamışıq. Amma səbirsizliklə onun dünyaya gəlişini gözləyirik".

Xatırladaq ki, rəqqasə Məryəm Süleymanova 07.04.2011 tarixində mühəndis-memar İlkin Zamanovla ailə həyatı qurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar