Məryəm Süleymanova nişan mərasimi keçirib
15 Oktyabr 2010 Cümə 22:30
Məryəm Süleymanova nişan mərasimi keçirib. Mərasimdə qohumlar artıq toyun vaxtını da müəyyən edib
Ailə qurmağa hazırlaşan əməkdar artist, rəqqasə Məryəm Süleymanovanın nişan mərasimi keçirilib. Ən yaxın qohumlarla Məryəm Süleymanovanın mənzilində baş tutan mərasimdə qohumlar artıq toyun vaxtını da müəyyən edib. ANS PRESS-in məlumatına görə, bəylə gəlin toyun 2011-ci ilin fevral ayında olması haqqında razılığa gəlib.

Artıq indidən toya hazırlıqlar da başlayıb. Toyun hansı şadlıq sarayında olacağı hələ tam dəqiqləşməsə də, aparıcıların adları bəlli olub. Toyun aparacılığı Murad Arif və “Şeron” qrupuna həvalə edilib.

Xatırladaq ki, Məryəm Süleymanova inşaatçı – memar İlkin Zamanovla nişanlanıb. Cütlük iki ilə yaxındlır ki, bir-birilərini sevir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar