Merilin Menson studiyadan qovuldu
06 Dekabr 2009 Bazar 21:40
“Interscope” səsyazma şirkəti musiqiçi Merilin Menson ilə əməkdaşlığa son qoyub
“Interscope” səsyazma şirkəti musiqiçi Merilin Mensonla əməkdaşlıq etməkdən imtina edib. Belə ki, sənətçinin "The High End of Low" albomunun satışı uğursuz olduğundan şirkət müğənni ilə işbirliyinə son qoymaq qərarına gəlib.
Öz növbəsində musiqiçi səsyazma şirkətinin bu qərarı ilə razılaşıb. “Onsuz da indiyə kimi yaradıcılıq cəhdlərimin qarşısı alınıb, bundan sonra isə daha çox şey gözləmək olar”, - deyə o bildirib.
40 yaşlı musiqiçi həmçinin yeni albomunun Devid Bouinin "valı"na bənzəyəcəyi söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: