Mensum İbrahimov Tacikistanda konsert verecek
23 İyun 2013 Bazar 19:44
Konsert bu ölkədə keçiriləcək Dünya Musiqi Festivalı çərçivəsində baş tutacaq.
İyulun 5-dən 7-dək Azərbaycanın Xalq artisti, görkəmli muğam ifaçısı Mənsum İbrahimov Tacikistanda geniş konsert proqramı ilə çıxış edəcək.
M.İbrahimov “AzərTAc”a bildirib ki, konsert bu ölkədə keçiriləcək Dünya Musiqi Festivalı çərçivəsində baş tutacaq: “Bu festivala Azərbaycan tərəfindən “Qarabağ” muğam qrupu ilə birgə dəvət almışıq. Konsertlərdə Azərbaycanın xalq mahnıları və muğamlarımızı ifa edəcəyik”.
Xalq artistini səhnədə əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edəcəklər.
DOSTLARINLA PAYLAŞ: