Mematinin bu Atəşi hamını sevindirdi
13 Noyabr 2010 Şənbə 06:15
Memati rolunun ifaçısı Gürkan Uyğunun növbəti övladı dünyaya gəlib.
Türkiyədə və dünyanın bəzi ölkələrində reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialında Memati rolunu oynayan Gürkan Uyğunun oğlu olub. Ötən gün səhər saat 10.00 radələrində dünyaya gələn uşaq Uyğun cütlüyünün ikinci övladıdır. Qeyd edək ki, Mematinin hal-hazırda 2 yaşında olan Mihriban Balım adlı qız övladı var.

Gürkan Uyğun oğlan övlad istədiklərini, bunun onlara həyəcan verdiyini bildirib. “Onsuzda oğlan olmasını istəyirdik. Allah ürəyimizə görə verdi”.

Memati uşağın adını soruşan jurnalistlərə isə bu işə həyat yoldaşının baxdığını deyib: “Körpənin adı Atəşdir. Bizim ailədə ad işinə yoldaşım Şəbnəm baxır. Adı o qoydu, mənim də xoşuma gəldi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar