Memati göydələndə 25 milyona ev aldı
10 Aprel 2012 Çərşənbə Axşamı 03:10
Aktyor bu evdə yaşamaq fikrinin olmadığını, mənzili film və serial çəkilişləri üçün icarəyə verəcəyini bildirib
“Kurtlar Vadisi Pusu” serialında Memati obrazını canlandıran aktyor Gürkan Uygun Avropanın ən hündür binası sayılan “Sapphire İstanbul” göydələnindən mənzil alıb. Ümumi sahəsi 200 kvadratmetr olan ev üçün aktyor 25 milyon lirə (10 milyon 945 min manat) pul ödəyib. Yeni evin dizaynı ilə şəxsən məşğul olan Uygun sadəcə mis aksesuarlar üçün 200 000 lirə (87 560 manat) xərcə düşüb.
Qeyd edək ki, aktyor bu evdə yaşamaq fikrinin olmadığını, mənzili film və serial çəkilişləri üçün icarəyə verəcəyini bildirib.
Xatırladaq ki, 10 mərtəbəsi yerin altında olmaqla 66 mərtəbəsi olan “Sapphire İstanbul” göydələninin hündürlüyü 30 metrlik antennası ilə birlikdə 261 metrdir. Göydələndə 14 lift, 13 eskalator var.
DOSTLARINLA PAYLAŞ: