Mel Gibson villasını satışa çıxarıb
09 Mart 2010 Çərşənbə Axşamı 19:20
Boşanmaq qərarına gələn aktyor Mel Gibson həyat yoldaşı ilə əmlakını bölə bilmir.
Məşhur hollivud aktyoru Mel Gibson və onun həyat yoldaşı Robin Mur Malibudakı villalarını satışa çıxarıblar. 11 ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən cütlük daşınmaz əmlak üçün 16 milyon qiymət qoyub. Villada 6 vanna otağı, gimnastika salonu, kitabxana, 3 qonaq evi, hovuz, SPA kompleksi, tennis meydançası və iki nəhəng bağ var.

Villanın üstünlüklərindən biri də qonşuluqda Ceyms Kameron və Britni Spirs kimi məhşurların yaşamasıdır.

Mel Gibson və Robin Mur nikah müqaviləsi bağlamadıqları üçün əmlak bölgüsündə çətinlik çəkirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar