Mel Gibson indi də mahnı oxuyacaq
17 Avqust 2009 Bazar Ertəsi 17:10
Belə ki, Mel Gibson rusiyalı sevgilisi Oksana Qriqoreva üçün kliplər çəkdirməklə yanaşı onunla duet də oxuyacaq

Hollivudun məşhur rejissoru və aktyoru Mel Gibson mahnı oxumaq eşqinə düşüb. Belə ki, o, rusiyalı sevgilisi Oksana Qriqoreva üçün kliplər çəkdirməklə yanaşı, indi də onunla duet oxuyacaq. ANS PRESS-in “Korrespondent”ə istinadən verdiyi xəbərə görə, bu barədə məşhur “Stuff” jurnalı yazıb.

Əvvəllər bildirilirdi ki, Gibson Qriqorevanın ilk albomu olan “Beautiful Heartache” pop-albomu üçün dörd klip lentə alır.

Gibsonun albomda yer alan bəzi bəstələrə, o cümlədən “Say My Name” sinqlı üçün söz də yazdığı bildirilir.

Xatırladaq ki, Gibsonun yeni sevgilisi artıq hamilədir. Qriqoreva etiraf edib ki, “Cəsur ürək” filiminin baş qəhrəmanını çox sevir, lakin onlar hələ ki, ayrı yaşamağı planlaşdırırlar.

Gibsonun Qriqoryeva ilə romanı 28 il yaşadığı və yeddi uşaqlarnın olduğu həyat yoldaşı Robinin cari ilin aprelində boşanma ərizəsi verməsinə səbəb olub.

Qriqoryevanın isə keçmiş Ceyms Bond, aktyor Timoti Daltondan 12 yaşlı oğlu var. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar