Məhşur müğənni Cenifer Lopes: Bir gün ABŞ-ın prezidenti ola bilərəm
13 İyul 2011 Çərşənbə 04:00
Cenifer Lopes anasının ona yaxşı tərbiyə verdiyini deyib.
Nyu York şəhərində miqrantların yaşadığı Bronx məhəlləsində 1983-cü ildə dünyaya gələn latın gözəli Cenifer Lopes bir gün Amerikanın prezidenti olmaq istədiyini deyib. Nyu Yorkun kasıb bir məhəlləsində anasının ona yaxşı tərbiyə verdiyini deyən Lopes həyatı boyu siqaret çəkmədiyini, narkotikdən istifadə etmədiyini az miqdarda alkoqollu içki içdiyini deyib. Lopes anasının kiçik qız olduğu vaxtlar ona, “İstəsən Amerika prezidenti ola bilərsən” dediyini, bu sözlərin onu motivasiya etdiyini vurğulayıb. Qeyd edək ki, Cenifer Lopesin 3-cü ərindən ekiz övladları var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: