Mehmet Əli Erbil ələvilərin məkanında tövbə etdi
14 Dekabr 2010 Çərşənbə Axşamı 06:06
Ələvilərin dədəsi simvolik olaraq əlindəki əsa ilə tövbəkar olmuş şoumenin belinə yüngül zərbələr vurdu
Türkiyənin məhşur tele-aparıcısı və şoumeni Mehmet Əli Erbil ələvilərin məkanında tövbə etdi. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, Erbil bu məqsədlə paytaxt Ankarada ələvilərin dərgahı olan Hüseyn Qazi türbəsini ziyarət edib. Türbənin divarlarını və sərdabəni öpən M. Ə. Erbil ələvilərdən bir daha üzr istədi. Türbədən çıxaraq Cəm evinə gedən Erbil burda Ələvi Dədəsi (ələvilərin dini lideri) ilə birlikdə tövbə etdi. Dədə simvolik olaraq əlindəki əsa ilə tövbəkar olmuş şoumenin belinə yüngül zərbələr vurdu. M. Ə. Erbil daha sonra ələvilərlə birlikdə iftar yeməyində də iştirak etdi.

Xatırladaq ki, Mehmet Əli Erbil aparıcısı olduğu “Çarxifələk” tele-şousunun 6 oktyabr tarixli buraxılışında Ərzincan şəhəri ilə birbaşa telefon əlaqəsi vaxtı “Onlar mum söndü mü oynayır” demiş və onun bu sözləri başda ələvilər olmaqla bir çox ölkə vətəndaşının etirazı ilə qarşılanmışdı. M. Ə. Erbilin ictimaiyyətdən üzr istəməsi isə ölkə vətəndaşlarının hiddətini söndürməmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar