Türkiyə vətəndaşına ərə gedən müğənninin toy şəkilləri.
Toyuna medianı buraxmayan müğənni Kəmalə Qaramollayevanın toyundan xəbər var. ANS PRESS-in məlumatına görə, Türkiyə vətəndaşına ərə gedən və Bakıda özünə təmtəraqla toy edən müğənninin toy şəkilləri yayılıb. Müğənninin ailə qurduğu Teymurla elə Bakıda tanış olub. Belə ki, İş adamı olan kürəkənimizin paytaxtımızda bir neçə parfümeriya mağazası var.
Müğənninin yaxın ətrafının sözlərinə görə, Teymur həddindən artıq qısqancdır və nişanlı olduqda gələcək həyat yoldaşının sənətdə qalmasını istəməyib. Uzun danışıqlardan və müğənninin sənətdən ayrılmasının mümkünsüzlüyünü başa düşdükdən sonra fikrindən dönüb. Elə toy mərasimi də Teymur bəy güzəştə getdikdən sonra baş tutub.
14 apreldə evlənən cütlüyün toy və nikah mərasimi eyni günə təsadüf edib. Toyuna həmkarlarını dəvət etməyən müğənninin məclisini Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" qrupu idarə edib.
Bal ayını təxirə salan yeni cütlük yay aylarında xarici ölkələrin birində istirahət edəcəklər.