Maykl Ceksonun ruhuna iftar süfrəsi açılıb
15 Avqust 2011 Bazar Ertəsi 03:07
İftar təşkilatçıları dünyanın diqqətini Afrikada aclığa məruz qalmış insanlara cəlb etmək istədiklərini deyib
Türkiyə Mardin vilayətinin Midyat rayonunda dünyanın məşhur pop ulduzu Maykl Ceksonun ruhu üçün iftar süfrəsi açılıb. “Mıhallemi” dərnəyinin təşkil etdiyi iftar proqramında 100 nəfər iştirak edib. Dərnəyin sədri Mehmet Əli Aslan pop ulduzunun xeyrinə verdikləri iftarla dünya ictimaiyyətinin diqqətini Afrikada və s. dünya ölkələrində aclıqdan, susuzluqdan ölən insanlara cəlb etmək istədiklərini deyib.

Afrika əslli zənci nəslindən olan Ceksonun xeyirxah bir insan olduğunu deyən Aslan Afrikada yaşayacağı təqdirdə bir çox məşhur zəncinin bəlkə də həyatda olmayacağını qeyd edib: “Cekson Afrikada yaşasaydı dünyaya gəlməyə bilərdi. ABŞ və dünyanın ilk zənci lideri Barak Obama da uşaqlıqda Afrikada yaşasaydı çox güman ki, acından ölər, dünya siyasi tarixi fərqli formalaşardı. Mayklı, Obamanı, Malkom X-i və daha neçə dahini bağrında daşıyan afrikalı körpələrin hayata qovuşması və qabiliyyətlərini üzə çıxarmaq üçün zəmin hazırlamaq hamımızın vəzifəsi və öhdəliyidir”.

Dərnək sədri böyük ölkələrin silah üçün, neft ölkələrinin israf etdiyi pullara da diqqəti cəlb edib: “Böyük ölkələr, güclü şirkətlər silaha xərclədiyi pulun 20 faizini, neft ölkələri isə sadəcə israf etdikləri pulları Afrikaya istiqamətləndirərək layihələr hazırlasalar, övladlarımız və nəvələrimiz daha neçə Maykllar, Obamalar, Malkomlar görəcəklər”.

Qeyd edək ki, iftar proqramında iştirak edən dərnək üzvləri yeməkdən sonra dünyada sülhün bərqərar olması üçün kütləvi dua edib və daha sonra Maykl Ceksonun məşhur “They Don't Care About” klipinə baxıblar.

Xatırladaq ki, “Mıhallemi” dərnəyi Maykl Cekson vəfat etdiyi zaman müğənni üçün cənazə namazı qılmış, pop ulduzun ilində isə 5 dildə mövlud oxutmuşdular.

Ps: Mıhallemilər Mardin vilayəti, Midyat rayonunun Mercimekli (Habsunnes) kəndində yaşayan etniklərdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar