Maykl Ceksonun ruhu canlı yayımda görünüb
06 İyul 2009 Bazar Ertəsi 16:45
Pop kralı ölümündən sonra da pərəstişkarlarını təəccübləndirməyə davam edir

 

Həyatı boyu qeyri-adi hərəkətləri ilə mediaya bol vəsait verən pop musiqisinin kralı Maykl Cekson ölümündən sonra da maraqlı iddialarla yadda qaldı. Belə ki, CNN İnternationalın Ceksonun Neverlandda evində çəkiliş zamanı lentə alınan kadrlarda Ceksonun ruhu əks olunub. CNN-in müxbiri canlı yayımda Ceksonun yaxın dostu Miko Brando ilə Neverlandi gəzib. Maykl Ceksonun otağına gələrkən müxbir qapıdakı kilidlərin çoxluğuna diqqət çəkib. Daha sonra kamera qısa müddətə içəridəki otağı göstərib və elə həmin zaman dəhlizdə bir kölgə meydana çıxıb.

Canlı verilişdə meydana çıxan bu kölgə nə müxbirin, nə də prodüserlərin diqqətini çəkib. Ancaq kölgə Ceksonun ölümünə sirr qatmaq istəyən bir pərəstişkarının gözündən qaça bilməyib. Görüntü artıq Youtube saytına yerləşdirilib.

Çoxları bunun yalnız bir kölgə olduğunu desə də, Ceksonun bəzi pərəstişkarları bunun daha sirrli bir qaraltı olduğuna inanır. İddia sahibləri mühitdəki işığın belə bir kölgə meydana gətirə bilməyəcəyini söyləyirlər.

CNN International isə görüntülər haqqında şərh verməyib.
Qeyd edək ki, Cekson Neverland evini qaçaq kölgəsini axtaran nağıl qəhrəmanı Peter Panın hekayələrindən təsirlənərək yaradıb. /ANS PRESS/

Videoya bu linkdə baxa billərsiniz

http://cnnturk.com/2009/yasam/diger/07/06/canli.yayindaki.golge.mj.hayranlarini.heyecanlandirdi/533795.2/index.html

 

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar