Foto Maykl Ceksonun həkimi Konrad Murreyin məhkəmə prosesi zamanı ortaya çıxıb.
Mərhum pop ulduzu Maykl Ceksonun ölümü ilə bağlı daha bir yenilik üzə çıxıb. Amerika saytlarından biri "TMZ" pop kralın ölümündən sonra çəkilən ilk fotosunu yayımlayıb.
ANS PRESS-in CNN Türk-ə istinadla verdiyi məlumata görə, foto Maykl Ceksonun həkimi Konrad Murreyin məhkəmə prosesi zamanı ortaya çıxıb. Fotoda müğənninin xəstəxana yatağında uzanan cansız bədəni əks edilib. ANSPRESS
Qeyd edək ki, Maykl Cekson 25 iyun 2009-cu ildə bədəninə güclü anestetik preparat sayılan propofolun ölümcül dozasının yeridilməsindən vəfat edib. Məhkəmənin ilkin sessiyasında Ceksonun ailə üzvləri, o cümlədən bacısı məşhur müğənni Canet Cekson da iştirak edib.