Pop kralı Maykl Ceksonun səhnəyə dönüşü kimi qiymətləndirilən London yay konsertləri təxirə salına bilər. Bu barədə The Sun qəzetinə istinadən “Gazeta.ru” məlumat verib. Belə ki, adı açıqlanmayan ABŞ şirkəti M. Ceksona qarşı məkhəmədə iddia qaldırıb. Şirkət bildirir ki, M. Ceksonun nümayəndəsi ifaçının 2010-cu ilin iyulunda öz bacısı və qardaşları birgə konsertinədək hansısa solo konsert verməyəcəyi ilə bağlı sənəd imzalayıb.
Maykl Ceksonun nümayəndəsindən şərh almaq mümkün olmayıb./ANS PRESS/