Maykl Ceksonun həkimi onun ölümündə təqsirli bilindi
08 Noyabr 2011 Çərşənbə Axşamı 01:57
“Pop kralı”nın ölümünə şəxsi həkiminin yazdığı dərmanlar səbəb olub.
Andlılar məhkəməsi həkim Konrad Mürreyi məşhur müğənni Maykl Ceksonu ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilib. Məlumatı “Los Angeles Times” yayıb.
Hökm yeddi kişi və beş qadından ibarət andlılar kollegiyasının 9 saata yaxın davam edən müşaviəsindən sonra Los-Ancelesdə elan edilib. İndi 58 yaşlı kardioloqu Kaliforniya ştatının həbsxanasında dörd ilədək məhkumluq həyatı gözləyir.
İstintaqın gəldiyi nəticəyə görə, həkim “pop kralı” Maykl Ceksona propofol preparatını dozadan artıq yazıb. Məhz bu preparat digər sakitləşdirici dərmanlarla ğirlikdə musiqiçinin ölümünə səbəb olub. Konrad Mürrey isə dəfələrlə bəyan edib ki, onun yazdığı dərmanlar ölümlə nəticələnə bilməz.
Xatırladaq ki, 50 yaşlı Maykl Cekson 2009-cu il iyunun 25-də dozadan artıq ağrıkəsici preparatların qəbulu nəticəsində dünyasını dəyişib.
DOSTLARINLA PAYLAŞ: