Maykl Ceksonun həkimi barədə məhkəmə iddiası
06 Fevral 2010 Şənbə 03:45
Konrad Muray barəsində hazırlanan iddia fevralın 8-də məhkəməyə təqdim olunacaq
Pop kralı Maykl Ceksonun özəl həkimi Konrad Muray barədə məhkəmə iddiası qaldırılacaq. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Los Anqels prokurorluğu iddianamənin bazarertəsi günü məhkəməyə və həkim Muraya çatdırılacağını bildirib. Prokurorluq öz açıqlamasında qaldırılan cinayət işi barədə məlumat verməyib. Polis rəsmiləri isə Konrad Murayın ehtiyatsızlıqdan törədilən cinayət maddəsi ilə mühakimə olunacağını deyib.

Xatırladaq ki, məhşur müğənni 2009-cu il iyunun 25-də Los Anqelsdəki malikanəsində qəbul etdiyi yuxarı dozada dərman və propofol səbəbilə zəhərlənərək ölmüşdü. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar