Maykl Ceksonun daha bir oğlu ortaya çıxdı
08 Mart 2014 Şənbə 09:25
Test nəticəsində Brendon Hovardın 99,9 faiz Maykl Ceksonun oğlu olduğu ortaya çıxıb.
Mərhum pop kralı Maykl Ceksonun daha bir oğlu ortaya çıxıb.

ANS PRESS-in xəbərinə görə, əfsanəvi pop ifaçısı Maykl Ceksonun daha bir oğlunun olduğu təsdiqlənib.

ABŞ-da yaşayan Brendon Hovard adlı müğənni atasının 2009-cu ildə vəfat edən əfsanəvi pop ulduzu Maykl Cekson olduğunu iddia etmişdi. 31 yaşlı Hovard Ceksonun stomotoloqundan aldığı DNT nümunəsi ilə test etdirib.

Test nəticəsində Brendon Hovardın 99,9 faiz Maykl Ceksonun oğlu olduğu ortaya çıxıb.

"Atamın sərvətində qətiliklə gözüm yoxdur. Öz pulumu qazana bilirəm" -deyə Hovard bildirib.

Ceksonun vəkili isə aparılan testin doğruluğundan əmin olmadığını və istifadə edilən DNT nümunəsinin toxuma xüsusiyyətini itirmiş ola biləcəyini dilə gətirib.

Qeyd edək ki, Maykl Ceksonun ölümündən sonra həyatının son 15 ili ərzində 24 qız uşağına təcavüz etdiyi məlum olub.

Xatırladaq ki, pop kralı 2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib. Lakin onun öldürüldüyünü müdafiə edənlər də yetərincədir. Pop kralı Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar